Lokbatanliyiq
  Judo Aze
 

                     Cudo

Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri çıxararaq yeni idman növünü yaratdı və ona"Cüdo" adını verdi. Yaponca CÜ-elastik, yumşaq, DO isə yol, prinsip deməkdir. Yeni güləş növünün sirrləri isə Ciqaro Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan"da öyrədilirdi. Kodokan ümumdünya cudo institutu olmaqla bu gün də dünyanın ən böyük cüdo mərkəzidir, yapon milli güləşini bütün dünyada təbliğ edən və yayan bir təşkilatdır.

Cüdoya tez bir zamanda geniş kütləni cəlb etmək üçün Kano müxtəlif üsullardan istifadə etmişdir. O, söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər. Beləliklə də, tez bir vaxt ərzində kodokanda cüdonun sirrlərini öyrənmək arzusunda olanların sayı durmadan artmağa başladı. Tezliklə Kanonun istedadlı tələbələri ciu-citsu və digər məktəblərin yetirmələri ilə təşkil olunan yarışlarda qələbələr qazanaraq cüdonun onlarla müqayisədə yüksəkdə olduğunu sübut etmişlər.

Cüdonun dünyada tanınması və inkişafı[redaktə]

Daha sonra isə Kano cüdonu dünyada yaymaq haqqında fikirləşməyə başlayır. Bu məqsədlə o, öz tələbələri ilə Avropa və Amerikaya səyahətə çıxır. Onlar hər ölkədə cüdonun üstünlüyünü göstərərək Kodokan məktəbinin filiallarını açırdılar. Cüdo ilə məşqul olanlara hətta təqaüd də verilirdi. Beləliklə də, XX əsrin əvvəllərində cüdo Fransadaİngiltərədə, BraziliyadaBelçikadaHollandiyadaİspaniyadavə s. bu kimi iri inkişaf etmiş ölkələrdə geniş yayılmağa başladı və tez bir zamanda geniş şöhrət qazandı.

Cüdo üzrə ilk dünya çempionatı[redaktə]

Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradıldı. 1956-cı ildə Tokioda ilk dünya çempionatı keçirildi və 1958-ci ildə Parisdə təkrarlandı. Əvvəlcə cüdoda çəki dərəcələrinə bölünmə yox idi və hər iki dünya çempionatında yaponlar qalib gəlmişlər. Lakin 1961-ci ildə keçirilmiş dünya çempionatında Hollandiyalı Anton Hessinkin çempion olması yaponların şöhrətinə zərbə endirdi və bu onları məcbur etdi etdi ki, çəki dərəcələri sistemini yarışlırda tədbiq etsinlər. İlk çəki dərəcələri belə olmuşdur: 68 kq, 80 kq, +80 kq və mütləq çəki dərəcəsi. Mütləq çəkidə çəkisindən asılı olmayaraq bütün cüdoçular güləşə bilərlər. 1964-cü ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edən yaponlar cüdonun Olimpiya oyunlarının proqramına daxil olunmasına nail oldular. Təkcə 1968-ci il Olimpiya Oyunlarında cüdo proqrama daxil olunmamışdır. 1972-ci ildə Münhendə Olimpiya Oyunlarında isə cüdo proqrama yenidən daxil olundu və indiyə qədər də bu davam edir.

Azərbaycanda cüdonun inkişaf tarixi və respublikamızda Cüdo Federasiyasının yaranması[redaktə]

1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar vermişdir. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılır. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edib. 1980-ci ildən Federasiya rəhbərliyində dəyişikliklər baş verib. Yeni sədr – Rəhim İsmayılov -16 il ərzində qurumun rəhbəri olub. 1996-cı ildən Fizuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidentidir.[6]

22 noyabr 1972-ci ildə respublikamızda ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirilib. İlk klublar "Dinamo", "Burevestnik", "Lokomotiv", "Vodnik" cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlayır. 1972-ci ilin dekabrında Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan İsmayıl Əhmədov, Sabir Hüseynov, Ağarza Əhmədov və Viktor Kuznetsov Tallində təşkil olunmuş məşqçilərin ilk ümumittifaq seminarında iştirak edirlər. Daha sonra ümumittifaq hakimlər seminarlarında Əhməddin Rəcəbli və Viktor Kuznetsov, 1973-cü ildə isə Ukraynanın Fiadosiya şəhərində keçirilmiş məşqçilərin ikinci ümumittifaq seminarına Zair Məmmədov, Tərlan Həsənov və Rauf Şəfiyev də iştirak ediblər. İsmayıl Əhmədov, Sabir Hüseynov, Əhməddin Rəcəbli, Ağarza Əhmədov, Rauf Şəfiyev, Viktor Kuznetsov, Ənvər İskəndərov, Tərlan Həsənov, Cərulla Şinqarov, Səməd Şəhniyarov – bu mütəxəssislər Azərbaycanın ilk cüdo məşqçiləri sayılırlar. İlk idman ustası Sahib İsmayılov, ilk beynəlxalq dərəcəli idman ustası Qüdrət Pəncəliyev, ilk əməkdar idman ustası adına isə Nazim Hüseynov layiq görülüb. Respublikanın ilk əməkdar məşqçisi Əhməddin Rəcəbli, keçmiş SSRİ-nin ilk əməkdar məşqçisi adını isə Ağayar Axundzadə alıb. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası isə Gülşən Şirinova olmuşdur. İlk ümumittifaq dərəcəli hakim adını Rauf Şəfiyev, ilk beynəlxalq dərəcəli hakimlər isə Zair Məmmədov və Valeh Məhərrəmov olmuşlar. Keçmiş SSRİ birinciliklərinin ilk qalib və mükafatçıları Zakir Kərimov (1974-cü ildə yeniyetmələr arasında SSRİ birinciliyinin bürünc mükafatçısı, 1977-ci ildə SSRİ 2-ci gənclər oyunun qızıl mükafatçısı) Ələkbər İsmayılov (1975-qızıl), Sahib İsmayılov (1972 – bürünc), Ənvər Əhmədov (1982 – gümüş) olmuşlar. Fərhad Rəcəbli Azərbaycan cüdoçuları arasında İlk dəfə olaraq Avropa miqyaslı yarışlarda medal qazanıb. O 1978-ci ildə Macarıstanda keçirilmiş gənclər arasında Avropa birinciliyində III yerə layiq görülmüşdü.

Idmancilarimizin Siyahisi

 
N Ad, Soyad Yaş dərəcəsi Çəki dərəcəsi Cinsi
1 Elxan Rəcəbli Kişi böyüklər -81 Kq m
2 Elnur Məmmədli Kişi böyüklər -81 Kq m
3 Elxan Məmmədov Kişi böyüklər -81 Kq m
4 Tərlan Kərimov Kişi böyüklər -66 Kq m
5 Mövlud Mirəliyev Kişi böyüklər -100 Kq m
 
N Ad, Soyad Yaş dərəcəsi Çəki dərəcəsi Cinsi
1 Elxan Rəcəbli Kişi böyüklər -81 Kq m
2 Elnur Məmmədli Kişi böyüklər -81 Kq m
3 Elxan Məmmədov Kişi böyüklər -81 Kq m
4 Tərlan Kərimov Kişi böyüklər -66 Kq m
5 Mövlud Mirəliyev Kişi böyüklər -100 Kq m

Online translyasiya


 
  Bugün 5 ziyaretçikişi burdaydı!

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol